Modern.az

Sabah da yağış yağacaq - Hava PROQNOZU

Sabah da yağış yağacaq - Hava PROQNOZU

Aktual

21 Mart 2024, 12:45

Sabaha gözlənilən hava şəraitinin proqnozu açıqlanıb.

ETSN Milli Hidrometeorologiya Xidmətindən Modern.az-a verilən xəbərə görə, martın 22-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin gecə və səhər bəzi yerlərdə çiskinli olacağı, gecəyə doğru isə arabir yağış yağacağı ehtimalı var. Axşam bəzi yerlərdə duman olacaq. Cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 5-7° isti, gündüz 8-12° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 759 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında sabah bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 1-6° isti, gündüz 8-13° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı