Modern.az

Azərbaycan və Pakistan XİN başçıları bir araya gəldi

Azərbaycan və Pakistan XİN başçıları bir araya gəldi

Aktual

21 Mart 2024, 16:54

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Belçikanın Brüssel şəhərində keçirilən Atom Enerjisi Sammiti çərçivəsində Pakistanın xarici işlər naziri İshaq Darla görüşüb.

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) "X" hesabında məlumat yayılıb.

Tərəflər iqtisadiyyat, nəqliyyat və kommunikasiya sahələrində əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıblar.

Eyni zamanda, COP29-la əlaqədar hazırlıq işləri və münaqişədən sonrakı regional vəziyyət müzakirə olunub.

Whatsapp
Bizə yazın!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı