Modern.az

Polis əməliyyat keçirdi - 13 kiloqram narkotik aşkarlandı 

Polis əməliyyat keçirdi - 13 kiloqram narkotik aşkarlandı 

22 Mart 2024, 11:42

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində martın 21-də ümumi çəkisi 13,1 kiloqramdan çox narkotik vasitə aşkar olunaraq götürülüb.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 12 kiloqrama yaxın marixuana, 1,1 kiloqramdan çox heroin və metamfetamin, həmçinin 3000 ədəd metadon həbi olub.

 

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

Whatsapp
Bizə yazın!
Keçid et
TÜRK DEVLETLERİ ülkeleri arası VİZESİZ dolaşım ne zaman?