Modern.az

Daha bir həmyerlimiz Rusiya-Ukrayna müharibəsində öldü - FOTO

Daha bir həmyerlimiz Rusiya-Ukrayna müharibəsində öldü - FOTO

Aktual

22 Mart 2024, 13:54

Rusiya-Ukrayna müharibəsində daha bir həmyerlimiz həlak olub.

 

Modern.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya mərhumun ailəsindən məlumat verilib. Bildirilib ki, 45 yaşlı Heydərov Vahid Sayadxan oğlu Ukraynanın Avdeyevka şəhərində minaya düşüb. Həmyerlimiz aldığı xəsarətlərdən həyatını itirib.

 

V.Heydərov Cəlilabad rayonunda doğulub. Sonradan Rusiyaya köçüb, həmin ölkənin vətəndaşlığını qəbul edib. Hazırda onun nəşinin ailəsinə təhvil verilməsi istiqamətində işlər aparılır.

 



Sizə yeni x var
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal