Modern.az

Subasmaya məruz qalan ərazilərin suyu çəkildi - VİDEO

Subasmaya məruz qalan ərazilərin suyu çəkildi - VİDEO

22 Mart 2024, 15:17

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə intensiv yağan yağışlar nəticəsində Samux rayonunun Köbər kəndində bir sıra ərazilərin subasmaya məruz qalması barədə məlumat daxil olub.

Nazirlikdən Modern.az-a verilən xəbərə görə, məlumatla əlaqədar FHN-in Gəncə Regional Mərkəzinin qüvvələri dərhal əraziyə cəlb olunub.

Hazırda Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması işləri və digər təxirəsalınmaz tədbirlər, o cümlədən yağış sularının fərdi yaşayış evlərinə dolmaması üçün müvafiq tədbirlər həyata keçirilir.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı