Modern.az

“Crocus City Hall”a dəyən ziyan AÇIQLANDI

“Crocus City Hall”a dəyən ziyan AÇIQLANDI

23 Mart 2024, 19:09

Rusiya Ticarət Mərkəzləri İttifaqı dünən baş vermiş hücum nəticəsində "Crocus City Hall"a dəymiş ziyanı 9,5-11,4 milyard rubl (102-120 milyon dollar) məbləğində qiymətləndirir.

 

Modern.az xəbər verir ki, bu barədə RİA agentliyi məlumat yayıb.

 

Bildirilir ki, 1 kvadratmetr üçün ən azı 200 min rubl ziyan dəyib.

 

Həmçinin diqqətə çatdırılıb ki, “Crocus City Hall” Moskvanın ən yaxşı konsert salonlarından biri olub.

 

Qeyd edək ki, ötən gün axşam saatlarında Moskvadakı “Crocus City Hall”da törədilən terror aktı nəticəsində ölənlərin sayı 133 nəfərə çatıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TÜRK DEVLETLERİ ülkeleri arası VİZESİZ dolaşım ne zaman?