Modern.az

Konsul terror qurbanlarını yad etdi

Konsul terror qurbanlarını yad etdi

24 Mart 2024, 23:33

Azərbaycanın Rusiyanın Sankt-Peterburq şəhərindəki baş konsulu Sultan Qasımov improvizə olunmuş memorial önünə gül dəstələri qoyub, Moskva vilayətində törədilmiş terror aktı zamanı həlak olanların Xatirə kitabına başsağlığı və dəstək ifadələrini qeyd edib.

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Baş Konsulluğunun mətbuat xidmətindən məlumat verilib.

 

Sankt-Peterburqda Rusiya Milli Kitabxanasının binasının qarşısında ümummilli matəm günü vətəndaşların “Crocus City Hall”da həlak olanların xatirəsinə gül gətirdikləri yer təşkil edilib. Kitabxana binasının özündə “Kədər kitabı” açıqdır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı