Modern.az

İrəvanın keçmiş meri partiyasının adını elan etdi - Paşinyana yeni rəqib

İrəvanın keçmiş meri partiyasının adını elan etdi - Paşinyana yeni rəqib

28 Mart 2024, 15:07

İrəvanın keçmiş meri Hayk Marutyan tezliklə partiya yaradacaq.

Modern.az xəbər verir ki, Marutyanın komandası “Azatutyan”la söhbətində bunu təsdiqləyib.

Onun partiyası "Yeni güc" adlanacaq.

Yeni yaradılan partiyanın qurultayı mayın 1-də keçiriləcək.

Hayk Marutyan bundan əvvəl partiya yaradıb növbəti parlament seçkilərində iştirak edəcəyini açıqlamışdı. O, Nikol Paşinyan iqtidarına müxalifətdə olacağını demişdi.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal