Modern.az

UNEC-də 31 mart tədbirləri - FOTOLAR

UNEC-də 31 mart tədbirləri - FOTOLAR

Aktual

30 Mart 2024, 16:50

UNEC-in bütün fakültələrində 31 mart-Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan silsilə tədbirlər, seminarlar və xüsusi dərslər təşkil olunub.

 

Modern.az xəbər verir ki, keçirilən tədbirlərdə soyqırım qurbanlarının xatirəsi ehtiramla yad edilib, soyqırıma həsr olunan videoçarxlar nümayiş olunub.

 

Silsilə tədbirlərdə çıxış edənlər erməni millətçilərinin əsrlər boyu azərbaycanlılara qarşı törətdikləri kütləvi qırğınlardan, həyata keçirdikləri soyqırımı və deportasiya siyasətinin acı nəticələrindən söz açıblar. Faciələrdən əsrlər, illər keçsə də, xalqımızın öz qanlı tarixini unutmadığını bildiriblər. Ümummilli Lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” fərmanla bu qətliamın ilk dəfə dövlət səviyyəsində qeyd edildiyini diqqətə çatdırıblar.

 

Tədbirlərdə azərbaycanlılara qarşı törədilən bəşəri cinayətlər barədə həqiqətlərin ictimaiyyətə çatdırılmasının, gələcək nəsillərin milli yaddaşının qorunmasının, azərbaycanlılara qarşı ermənilər tərəfindən törədilmiş kütləvi soyqırımı hadisələrinin dünyaya çatdırılmasının vacibliyi vurğulanıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal