Modern.az

Bakıda avtoxuliqan tutuldu

Bakıda avtoxuliqan tutuldu

Aktual

30 Mart 2024, 21:40

Paytaxtın Səbail rayonu ərazisində avtoxuliqanlıq hərəkətləri edən sürücü saxlanılıb.

 

Bu barədə Modern.az-a Bakı Şəhər DYPİ-nin Təbliğat və ictimai işlər üzrə rəisi Toğrul Nəsirli bildirib.

 

"Hyundai" markalı, 99-SY-403 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq hərəkətləri etdiyi üçün Səbail rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

 

Sürücü barəsində toplanmış materiallar aidiyyəti üzrə Səbail rayon məhkəməsinə təqdim olunub. Məhkəmənin qərarı ilə sürücü Qasımov Araz Failxan oğlu 1 il sürücülük hüququndan məhrum edilməklə 500 manat məbləğində cərimə olunub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal