Bu gün Türkiyədə keçirilən yerli seçkilərdə siyasi partiya liderləri də öz seçimlərini edəcək.
Modern.az “TRT Haber”ə istinadən xəbər verir ki, Türkiyə xalqı 10 aylıq fasilədən sonra yerli özünüidarəetmə seçkiləri üçün seçki məntəqələrinə gedir.
Bəs liderlər harda səs verəcəklər?
Prezident və Ədalət və İnkişaf Partiyası (AK Partiya) sədri Rəcəb Tayyib Ərdoğan bu gün İstanbulda olacaq. Prezident Ərdoğan bu seçkilərdə də səsini İstanbulda istifadə edəcək. Ərdoğan səsini Üsküdardakı Saffet Çebi orta məktəbində verəcək.
Seçki gününü İstanbulda keçirəcək digər ad isə Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşdur.
Məclis sədri bülletenləri qoyduğu zərfi Fatihdəki Gelenbevi Anadolu Liseyində 1245 saylı seçki qutusuna qoyacaq.
Cümhuriyyət Xalq Partiyası (CHP) sədri Özgür Özəl məmləkəti Manisada 23 Nisan Milli Müstəqillik ibtidai məktəbində səs verəcək.
Milliyyətçi Hərəkat Partiyası (MHP) lideri Dövlət Baxçalı bu seçkidə Ankara Anıttəpə orta məktəbində sandıq başına gedəcək.
İyi Partiya sədri Meral Akşener Ankaranın Bilkənd qəsəbəsindəki Emlak Bankası orta məktəbində səs verəcək.
Böyük Birlik Partiyasının sədri Mustafa Destici də Etimesgutdakı Başkent Universitetinin İqtisadiyyat və İdarəetmə Fakültəsində yerli idarəçilər üçün seçim edəcək.