Modern.az

Bakıda 2 böyük narkoloji xəstəxana inşa edilir - Nazir

Bakıda 2 böyük narkoloji xəstəxana inşa edilir - Nazir

1 Aprel 2024, 11:54

Bakı şəhərində iki böyük narkoloji xəstəxananın inşası davam edir. Onlardan biri 350, digəri isə 150 çarpayılıqdır.

 

Modern.az xəbər verir ki, bu barədə səhiyyə naziri Teymur Musayev “Azərbaycanda psixi sağlamlıq və psixi xəstəliklərdən əziyyət çəkən şəxslərin hüquqları” mövzusunda keçirilən dəyirmi masada deyib.

 

Onun sözlərinə görə, xəstəxanalar istifadəyə verildikdən sonra ölkədə bu sahədə çarpayı fondu artacaq:

 

"Bu göstərilən narkoloji xidmətin keyfiyyətinə də öz təsirini göstərəcək".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal