Modern.az

Elmin maliyyələşdirilməsi ilə bağlı mövcud vəziyyətin köklü dəyişdirilməsi tələb olunur - Rektor

Elmin maliyyələşdirilməsi ilə bağlı mövcud vəziyyətin köklü dəyişdirilməsi tələb olunur - Rektor

Aktual

1 Aprel 2024, 12:44

UNEC rektoru professor Ədalət Muradov rəsmi sosial hesabında elmin maliyyələşdirilməsi ilə bağlı fikirlərini bildirib.

 

Modern.az xəbər verir ki, rektor elmin maliyyələşdirilməsi ilə bağlı mövcud vəziyyətin köklü dəyişdirilməsinin tələb olunduğunu qeyd edib.

 

"Söhbət universitetlərə tədqiqat məqsədilə sadəcə pul ayırmaqdan deyil, elmin maliyyələşdirilməsi modelindən gedir. Hələlik bu məsələdə aydınlıq yoxdur. Elmin yeni maliyyələşdirilməsi modelindən öncə isə bütövlükdə elmin təşkili və idarəedilməsində hələ də mövcud olan sovet modelindən qısa vaxtda kənarlaşmaq lazımdır. Başqa sözlə, "əyrini daha təkmil əyriyə çevirmək" üçün maliyyə vəsaiti ayırmağa dəyməz!”, - Ədalət Muradov vurğulayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsr@illə İran arasında dağıdıcı hücumlar - Ölənlər var