Modern.az

“Biz vaxtında Azərbaycanla sülhə getməliydik” - Erməni deputatdan Rusiyaya İTTİHAM

“Biz vaxtında Azərbaycanla sülhə getməliydik” - Erməni deputatdan Rusiyaya İTTİHAM

Aktual

1 Aprel 2024, 15:46

“Mən düşünmürəm ki, Azərbaycan xalqı müharibə arzusundadır”.

Modern.az xəbər verir ki, bunu Ermənistanın hakim “Mülki Müqavilə” partiyasından olan deputatı Qaqik Melkonyan deyib.


“Onlar sülh istəyir, biz də istəyirik. Ancaq burada başqa bir sual var: 1994-cü ildə biz müharibədə qalib gəlmişdik və sülhə getmək imkanımız oldu, amma bunu etmədik. Biz buna razı olmadıq, çünki Rusiya sülh istəmirdi. Bunun ardınca üç həmsədrin görüşləri keçirildi, onlar ildə 15-20 dəfə Bakıya və İrəvana gəlirdilər. 1997-1998-ci illərdə sülhün bağlanması üçün mərhələli və paket variantları təklif olunanda biz dərhal “bir qarış torpaq da vermərik” ideyasının tərəfdarı olduq. Bizi bir qarış torpağı da verməməyə təhrik edən kimdir? Təbii ki, Rusiya. O, bu məsələnin sülh yolu ilə həll olunmasını istəmirdi. Və ondan sonra da təkliflər oldu ki, biz onları əsasən qəbul etmədik. Biz istəmirdik ki, 2010-cu ilə qədər bu məsələ həll olunsun”, - erməni deputat bildirib.
 

O deyib ki, 2010-cu ildən sonra Azərbaycan silahlandırmağa başladı və müasir hərbi vasitələr hesabına getdikcə gücləndi.

Melkonyanın sözlərinə görə, daha sonra sülhün imzalanması və 7 rayonun qaytarılması haqqında danışılanda, Ermənistan artıq buna razılaşdı, lakin Azərbaycan razılaşmadı.


“Kazandakı görüşdə Azərbaycan sülhə getmək istəmədi, çünki hərbi balans pozuldu. Rusiya bütün bunlara görə məsuliyyət daşıyır, o, bu regionda sülh istəmirdi. O, iki tərəfin mübarizəsindən razı qaldı, ondan ancaq qazandı”, - deyə deputat vurğulayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal