Modern.az

Azərbaycanla Rusiya arasında növbəti məsləhətləşmələr

Azərbaycanla Rusiya arasında növbəti məsləhətləşmələr

1 Aprel 2024, 16:36

28-29 mart tarixlərində Bakıda Azərbaycan və Rusiya Xarici İşlər Nazirlikləri arasında növbəti məsləhətləşmələr keçirilib.

 

Modern.az-ın məlumatına görə, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, görüş Azərbaycanın xarici işlər nazirinin müavini Samir Şərifov və Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Pavel Knyazev arasında baş tutub.

 

Daha sonra P. Knyazevi Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov qəbul edib.

 

Danışıqlarda qarşılıqlı ikitərəfli və beynəlxalq səviyyədə əməkdaşlıq məsələləri müzakirə olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU