Modern.az

Azad olunmuş ərazilərdə martda 413 mina zərərsizləşdirilib

Azad olunmuş ərazilərdə martda 413 mina zərərsizləşdirilib

1 Aprel 2024, 16:44

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı aylıq məlumat yayıb.

 

Modern.az xəbər verir ki, bu barədə ANAMA-dan bildirilib ki, azad olunan ərazilərdə mart ayı ərzində 114 tank əleyhinə mina, 299 piyada əleyhinə mina, 1 254 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

 

Həmçinin, 6 094,6 hektar ərazi minalardan təmizlənib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU