Modern.az

Terrordan sonra Qırğızıstan vətəndaşlarının Rusiyaya girişi qadağan edildi

Terrordan sonra Qırğızıstan vətəndaşlarının Rusiyaya girişi qadağan edildi

1 Aprel 2024, 17:50

“Crocus City Hall” konsert zalında törədilən terror aktından sonra 69 Qırğızıstan vətəndaşının Rusiyaya girişi qadağan edilib.

 

Modern.az "İnterfaks"a istinadən xəbər verir ki, bunu Qırğızıstan xarici işlər nazirinin müavini Almaz İmanqaziyev parlamentin beynəlxalq məsələlər, müdafiə, təhlükəsizlik və miqrasiya komitəsinin iclasında deyib.

 

“Martın 23-dən qırğızıstanlılar Moskva hava limanlarından vətənlərinə qayıdıblar. Bəziləri qara siyahıya salınıb. Rusiya, təhlükə kimi gördüyü əcnəbiləri ölkəyə buraxmamaq hüququna malikdir”, - o bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU