Modern.az

Narkokuryerlərdən 4 kq heroin və "patı" aşkarlandı - VİDEO

Narkokuryerlərdən 4 kq heroin və

Aktual

2 Aprel 2024, 16:52

Bakıda narkokuryerliyə cəlb olunduqları üçün saxlanılan iki nəfərdə 4 kiloqram heroin və metamfetamin aşkar olunub.

 

Daxili İşlər Nazirliyindən Modern.az-a verilən xəbərə görə, paytaxt ərazisində polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan əvvəllər məhkum olunmuş Təbriz Quliyev və Hüseyn İsmayılov saxlanılıblar. Baxış zamanı T.Quliyevdən 2 kiloqram heroin, 300 ədəd psixotrop tərkibli metadon həbi, H.İsmayılovdan isə 2 kiloqrama yaxın heroin və metamfetamin aşkar edilib. Dindirmə zamanı H.İsmayılov “Baba” adı ilə tanıdığı şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunduğunu bildirib. Saxlanılanların daxil olduqları narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində araşdırmalar davam etdirilir.

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi