Modern.az

Azərbaycan pəhləvanı dünya rekordu qırdı - FOTO

Azərbaycan pəhləvanı dünya rekordu qırdı - FOTO

Aktual

2 Aprel 2024, 17:50

Azərbaycan pəhləvanı Vüsal Cavadov dünya rekordunu qırıb.

Modern.az xəbər verir ki, o, bunun üçün müxtəlif hərəkətlərdə gücünü sınayıb.

İdmançı ilk olaraq şüşə qırıntıları üzərinə çıxaraq bıçaqdan asılı olan 33 kiloqram ağırlığında çəki daşlarını qaldırıb. Sonra pəhləvan ağzında iti bıçağın kəsici tərəfi ilə avtomobili dartıb. Bununla da V.Cavadov yeni dünya rekorduna imza atıb.

“Ginnes” rekordçuları və Dünya Rekordlar Federasiyasının nümayəndələri prosesi qeydə aldıqdan sonra təsdiqləyiblər.

Twitter
Sizə yeni tvit var
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?