Modern.az

Daha bir nəfər minaya DÜŞDÜ

Daha bir nəfər minaya DÜŞDÜ

Aktual

2 Aprel 2024, 18:54

Aprelin 2-də Ağdam rayonunun işğaldan azad edilmiş Sarıcalı kəndi ərazisində 1 nəfərin xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Modern.az xəbər verir ki, bu barədə Ağdam rayon prokurorluğu məlumat yayıb.

 

Hadisə nəticəsində ərazidə mina təmizləmə işləri aparan Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı 1987-ci il təvəllüdlü Əliyev Xəyyam Qəmbər oğlu xəsarət alıb və istifadə olunan texnikaya maddi ziyan dəyib.

 

Hazırda Xəyyam Əliyevin vəziyyəti qənaətbəxşdir.

 

Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər aparılıb.

 

Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.

 

Qeyd edək ki, bu gün Tərtərdə 3 nəfər minaya düşüb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi