Modern.az

Axtarışda olan  48 nəfər SAXLANILDI

Axtarışda olan  48 nəfər SAXLANILDI

3 Aprel 2024, 08:54

Aprelin 2 -də ölkə ərazisində qeydə alınan 44, əvvəlki dövrlərdən bağlı qalan 7 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

 

DİN-in Mətbuat Xidmətindən Modern.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 48, o cümlədən borclu şəxs qismində axtarışda olan 32 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Qeyd edilir ki, narkotiklərlə əlaqəli 26, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 10 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 49 nəfər saxlanılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU