Modern.az

Ermənistanda əsgəri bıçaqladılar

Ermənistanda əsgəri bıçaqladılar

Aktual

3 Aprel 2024, 14:43

Ermənistanda əsgər bıçaqlanıb.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Stepanavanda müqaviləli əsgərin bıçaqlanması faktı əsasında Cinayət Məcəlləsinin 166-cı maddəsinin 2-ci hissəsinin 6-cı bəndi ilə cinayət işi başlanıb. Bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat katibi Qor Abramyan məlumat verib.

 

O qeyd edib ki, bir nəfər ağır xəsarətlərlə tibb müəssisəsindədir.

 

“Cinayəti törətməkdə şübhəli bilinən, hərbi xidmətlə heç bir əlaqəsi olmayan şəxs saxlanılıb, ibtidai istintaq davam etdirilir, işin hallarının aydınlaşdırılması və iştirak edən şəxslərin əməllərinə hüquqi qiymət verilməsi istiqamətində tədbirlər görülür”, - Abrahamyan bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU