Modern.az

Uzun iş saatları yüksək təzyiq ehtimalını ARTIRIR

Uzun iş saatları yüksək təzyiq ehtimalını ARTIRIR

Aktual

4 Aprel 2024, 08:37

Uzun iş saatları yüksək təzyiq ehtimalını artıra bilər.

 

Modern.az xarici mediaya istinadla xəbər verir ki, ABŞ-da bununla bağlı araşdırma aparılıb.

 

Araşdırmada Kanadanın Kvebek əyalətindəki üç dövlət müəssisəsində 3500-dən çox işçi müayinə olunub. Nəticədə isə həftədə 49 saat və daha çox işləyənlərdə yüksək təzyiqə tutulma ehtimalının 70 faiz, yüksək təzyiq riskinin isə 66 faiz artdığı müşahidə edilib.

 

Nəticələri Amerika Ürək Dərnəyinin “Hipertoniya” jurnalında dərc edilən araşdırmada müəyyənləşib ki, uzun iş saatları yüksək qan təzyiqi riskini, o cümlədən hipertoniya riskini artıra bilər ki, bu da işçilərdə yoxlamalar zamanı aşkarlana bilməz. Bəs həftədə 41-48 saat işləmək necə? Həmçinin məlum olub ki, həftədə 41-48 saat işləmək hipertoniya ehtimalını 54 faiz, hipertoniya riskini isə 42 faiz artıra bilər. Bildirilib ki, araşdırmada iş stressi, yaş, təhsil səviyyəsi, məşğuliyyət, siqaret, bədən kütləsi indeksi və digər sağlamlıq amilləri də qiymətləndirilib.

Tədqiqat qrupunun rəhbəri Laval Universitetinin professoru Xavier Trudelin sözlərinə görə, insanlar bilməlidirlər ki, uzun iş saatları onların sağlamlığına təsir edir və əgər onlar uzun müddət işləyirlərsə, həkimlərindən qan təzyiqinə nəzarəti xahiş etməlidirlər.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada 1 milyarddan çox hipertoniya xəstəsi var. Yüksək qan təzyiqinin ürək xəstəlikləri, insult və bəzi hallarda ölüm ehtimalını artırdığı da qeyd olunur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi