Modern.az

İranda iki polis məntəqəsinə hücum - 10 nəfər öldü 

İranda iki polis məntəqəsinə hücum - 10 nəfər öldü 

Aktual

4 Aprel 2024, 09:50

İranın Sistan və Bəlucistan əyalətinin Rask və Çabahar şəhərlərində iki polis məntəqəsinə hücum edilib.

 

Modern.az xəbər verir ki, bu barədə İRNA məlumat yayıb.

 

Bildirilib ki, hücum nəicəsində hüquq-mühafizə orqanlarının üç əməkdaşı həlak olub.

 

Hücum edənlərin “Ceyş əl-Ədl” terror qruplaşmasının üzvləri oluğu deyilir. 

 

Hazırda hadisənin təfərrüatları araşdırılır.

 

***

“Fars” xəbər agentliyinin məlumatına görə, törədilən terror aktlarında 5 terrorçu zərərsizləşdirilib, 5 təhlükəsizlik qüvvəsi isə həlak olub.

 

Bildirilib ki, ölənlər arasında Çabahar şəhərinin polis bölməsinin rəis müavini də var.

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi