Modern.az

ABŞ və Aİ Ermənistanı silahlandırmağa çalışırlar - Azər Kərimli

ABŞ və Aİ Ermənistanı silahlandırmağa çalışırlar - Azər Kərimli

Aktual

4 Aprel 2024, 10:15

Aprelin 5-də Brüsseldə keçirilməsi nəzərdə tutulan ABŞ-Aİ-Ermənistan görüşünün əsas hədəfi Cənubi Qafqazı bölgədənkənar qüvvələrin geosiyasi maraqlarının episentrinə  çevirməkdən, yeni münaqişə ocağı yaratmaqdan ibarətdir.


Bunu Modern.az-a açılamasında millət vəkili Azər Kərimli deyib.


Millət vəkili qeyd edib ki, Brüssel görüşündə, yalnız Ermənistanın ticarət tərəfdaşlarının diversifikasiyası və humanitar xarakterli məsələlərin müzakirə olunacağı barədə yayındırcı açıqlamalar reallığı əks etdirmir:

 

“Ermənistanın Azərbaycanla sərhədə şəxsi heyət və hərbi texnika cəmləməsi, ərazilərimizin atəşə tutulması rəsmi İrəvanın görüş öncəsi təxribat planlarının tərkib hissəsi kimi dəyərləndirilməlidir. Məqsəd isə Brüsseldə keçirilməsi nəzərdə tutulan görüşdə “Emənistanın təhlükəsizliyinə təminat” adı altında bölgədə xarici hərbi iştiraka imkan yarada biləcək sənədin imzalanmasıdır. Qeyd edim ki, Avropa İttifaqının Ermənistandakı müşahidə missiyası ilə bağlı ilkin təqdimatda bu missyanın Azərbaycanla Ermənistan arasında etimad mühitinin formalaşmasına töhfə verəcəyi vurğulanmışdı. Amma geridə qalan zaman kəsiyində bəlli oldu ki, “mülki” statusu ilə Ermənistana göndərilən müşahidəçilərin əhəmiyyətli hissəi hərbçilərdən və xüsusu xidmət oraqnlarının əməkdaşlarından ibarətdir. Aİ missiyasının tərkibinin, bütün xəbərdarlıqlara baxmayaraq sistemli bir şəkildə genişləndirilməsi, o cümlədən Avropa İttfaqına üzv olmayan Kanadanın da missiyanın heyətinə qatılması, həmçinin Ermənsitanın adının “Avropa Sülh Fondu” adlanan,reallıqda isə müharibəyə təhriketmə missiyasını yerinə yetirən təsisatın siyahısında yer alması da  sübuta yetirir ki, əsl məqsəd Aİ missiyasını tədricən  NATO missiyasına çevirmək, ikinci cəbhə açmaq və bölgəni geosiyasi qarşıdurmaların açıq meydanına çevirməkdən ibarətdir”. 


Azər Kərimli Ermənistanın və onun təhrikçi himayədarlarının bu günə qədər olan davranışları sözügedən tərəflərin bəyanat və açıqlamalarına etimad göstərilməsi üçün heç bir yer qoymur:

 

“Bu sıraya Ermənsitanın Fransa və Hindistan kimi ölkələr vasitəsilə sılahlandırılmasını və görüşün iştirakçıları olan ABŞ və Aİ-nin baş verənlərə seyrçi qalmalarını da əlavə etmək olar. Əgər Ermənistanı himayə edən tərəflərin məqsədi həqiqətən iqtisadi tərəfdaşlıq və humanitar xarakterli problemlərin həlli olsaydı, o zaman ABŞ və Aİ ilk növbədə bölgədə davamlı sülhün əldə olunmasına töhfə verər, Fransa kimi tərəfdaşlarını regionda yeni qarşıdurmaya rəvac verə biləcək addımlardan çəkinməyə çağırardılar. Amma göründüyü kimi, NATO üzvü olan ABŞ və Avratlantik Alyansa daxil olan ölkələrin birliyi olan Aİ sülhə töhfə vermək üçün öz müttəfiqləriylə bir araya gəlməkdənsə, hələ də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında təmsil olunan Ermənistanın “təhlükəsizliyinə təminat verilməsi” adı altında bu ölkəni silahlandırmağa çalışırlar”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi