Modern.az

Nazirlik güclü küləklə əlaqədar əhaliyə təkrar müraciət etdi

Nazirlik güclü küləklə əlaqədar əhaliyə təkrar müraciət etdi

Aktual

4 Aprel 2024, 10:27

Güclü küləkli havada yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur.

 

Modern.az xəbər verir ki, bu barədə hazırda ölkə ərazisində müşahidə edilən güclü küləklə əlaqədar Fövqəladə Hallar Nazirliyinin əhaliyə təkrar müraciətində qeyd olunub.

 

Nazirlik əhalini müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb.

 

"Güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, belə hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir", - deyə məlumatda qeyd olunub.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi