Modern.az

Bakıda baş prokurorların beştərəfli görüşü keçirilir

Bakıda baş prokurorların beştərəfli görüşü keçirilir

4 Aprel 2024, 10:30

Bakıda Xəzəryanı dövlətlərin baş prokurorlarının beştərəfli görüşü keçirilir.

 

Modern.az xəbər verir ki, tədbirdə Azərbaycanın Baş prokuroru Kamran Əliyev, Ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva, Azərbaycan Respublikasının və digər Xəzəryanı dövlətlərin Baş prokurorluqlarının yüksək rütbəli şəxsləri və digərləri iştirak edirlər.

 

K.Əliyev bildirib ki, Azərbaycan Rusiyada “Crocus City Hall”da törədilmiş terror aktını qətiyyətlə pisləyir və bütün zərərçəkənlərin tezliklə sağalmasını arzulayır.

 

Azərbaycanın Baş prokuroru ekoloji məsələlərə və BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) 2024-cü ilin noyabrında ölkədə keçirilməsinə də toxunub.

 

“Azərbaycan xüsusilə əraziləri işğaldan azad edildikdən sonra ekologiya və ətraf mühitin mühafizəsi tədbirlərinin təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atır. Ekoloji qanunvericiliyin pozulması ilə mübarizə üçün səylər göstəririk və bunun üçün hüquqi mexanizmlərdən istifadə edirik. Ona görə də bu ilin noyabrında COP29-nun Azərbaycanda keçirilməsi təsadüfi deyil”, - K.Əliyev qeyd edib.

 

Onun sözlərinə görə, Xəzər dənizinin ekologiyası və onun sərvətlərindən səmərəli istifadə kimi məsələlər hər zaman Azərbaycanın siyasi rəhbərliyinin diqqət mərkəzindədir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı