Modern.az

TKTA-nın nümayəndələri Bakı Mühəndislik Universitetində olublar - FOTO

TKTA-nın nümayəndələri Bakı Mühəndislik Universitetində olublar - FOTO

Aktual

4 Aprel 2024, 10:57

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Tural Əhmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Mühəndislik Universitetində (BMU) olub.

 

BMU-dan Modern.az-a bildirilib ki, rektor Yaqub Piriyev qonaqları təhsil müəssisəsinin maddi-texniki bazası, mövcud infrastrukturu, tədris-təcrübə zonası və yataqxanaları ilə yaxından tanış edib. Eyni zamanda, TKTA-nın nümayəndələri universitetin müxtəlif təyinatlı müasir laboratoriyaları, tədris korpusları, auditoriyaları, tədris-istehsalat otaqlarını gəziblər və onlara buradakı mövcud imkanlar barədə ətraflı məlumat verilib.

 

Universitetin Texnoparkına baxış zamanı elmi-tədqiqat fəaliyyətinin daha da genişləndirilməsi, sahibkar-universitet modelinin reallaşdırılması üçün nəzərdə tutulan layihələr, planlar və hədəflərə toxunulub, geniş fikir mübadiləsi aparılıb. TKTA-nın nümayəndə heyəti tələbələrin ideyaları əsasında formalaşdırılmış startap komandaları barədə məlumatlandırılıb. Hazırda BMU Texnoparkında 12 belə startapın inkişaf etdirilməsi üçün onlara verilən dəstək, tələbələrin reallaşdırdıqları layihələr və digər istiqamətlərdə görülən işlər də diqqətə çatdırılıb.

 

Qonaqlar universitetdə yaradılan mövcud şəraitdən məmnunluqlarını ifadə ediblər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi