Modern.az

\"Uşağına baxmaq, qayğısına qalmaq istəməyən valideynlər var\"

\

4 Aprel 2024, 11:41

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən ictimai dinləmə keçirilib.

 

Modern.az xəbər verir ki, görüşdə Agentliyin, eləcə də dövlət və bələdiyyə orqanlarının nümayəndələri qeyri-hökumət təşkilatlarının təmsilçiləri, təhsil işçiləri, tələbələr, mövzu ilə bağlı müraciət edən vətəndaşlar iştirak ediblər.

 

Sosial Xidmətlər Agentliyinin Valideyn himayəsindən məhrum olmuş uşaqlarla iş departamentinin müdiri Cavid Şahmalıyev “Himayədar ailə” qayğı modeli, bu modelin üstünlükləri, müraciət formaları və digər vacib məqamlar barədə iştirakçıları məlumatlandırıb.

 

O bildirib ki, valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün müavinət ödənir.

 

"Bu zaman həmin uşağın valideyni deyə bilər ki, olmazmı həmin müavinət onların özünə ödənsin? Bu haqlı sualdır. Lakin bir valideyn övladına baxa bilmədiyini deyirsə, əməkdaşlarımız həmin ailə ilə maraqlanır. Biz bu məsəyə həssas yanaşırıq. Ailənin ehtiyaclarını, onların hansı formada təmin edilə bilməsi yollarını müzakirə edirik. Lakin bir valideyn öz övladının himayəsindən imtina edirsə, bu zaman həmin uşaqların ailə qayğısında böyümə haqqı var. "Himayədar ailə" modeli də buna hesablanıb”, - Cavid Şahmalıyev qeyd edib.

 

Bakı şəhər Baş Polis idarəsinin əməkdaşı, polkovnik Kəmalə Əkbərova deyib ki, hələ də uşağına baxmaq, qayğısına qalmaq istəməyən valideynlər var.

 

O deyib ki, gecə saat ikidə övladını bölmənin qarşısına qoyan, baxa biımədiyini deyib imtina edən valideynlər var: "Biz həm fərdi, həm də ümumi qaydada tədbirlər həyata keçiririk ki, uşaqların hüquqları müdafiə olunsun".

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı