Modern.az

"Bu adam məni şikəst edib” - Flora Kərimova

Aktual

4 Aprel 2024, 11:56

Xalq artisti Flora Kərimova gözlərini əməliyyat edən həkimdən şikayət edib.

 

Modern.az xəbər verir ki, bu barədə o, “İlkin xəbər” verilişinə müsahibəsində danışıb.

 

O, gözlərində uğursuz əməliyyat edildiyini deyib.

 

“Mən bu eynəkdə gəzirəm, artıq bu, mənim üçün türmədir. Millətim bilir ki, mən gözlərimlə oxuyuram. Sözümün, mahnımın ifadəsi gözlərimdən də oxunur. Gözlər bağlıdır, kilidlidir, həbsdədir. Faktiki, bu adam məni şikəst edib”.

 

F.Kərimova kök-hüceyrə əməliyyatı etdirdiyini, amma uğursuz alındığını vurğulayıb.

 

Süjetdə bildirilib ki, əməliyyatı kök-hüceyrə uzmanı, plastik-cərrah Sevinc Heydərova edib. 

 

Qeyd edək ki, F. Kərimova ilə S. Heydərova arasında qalmaqal ötən ilin əvvəlindən davam edir. 

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi