Modern.az

Ermənistanı Azərbaycana dəqiq mina xəritələrini çatdırmağa ÇAĞIRIRIQ

Ermənistanı Azərbaycana dəqiq mina xəritələrini çatdırmağa ÇAĞIRIRIQ

4 Aprel 2024, 12:46

Ermənistanı Azərbaycana dəqiq mina xəritələrini çatdırmağa çağırırıq.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

 

"Türkiyə dünyada və regionda həm quru, həm də dəniz minalarına qarşı mübarizəyə konkret töhfələr verən bir ölkədir. Milli Minalardan Təmizləmə Mərkəzi vasitəsilə biz Piyada əleyhinə minaların istifadəsinin, ehtiyatının yığılmasının, istehsalının qadağan edilməsi və onların məhv edilməsi haqqında Ottava Konvensiyasını və bu çərçivədə yaradılmış beynəlxalq əməkdaşlığı dəstəkləyirik. Uzun müddətdir ki, minalarla çirklənməyə görə ciddi təhlükə ilə üzləşən Əfqanıstan və işğaldan azad etdiyi torpaqlarda aşkar edilməmiş çoxlu minaları olan Azərbaycan kimi ölkələrin təhlükəsizlik narahatlıqlarını bölüşürük", - deyə Türkiyə XİN qeyd edib.

 

Məlumatda o da vurğulanıb ki, Türkiyə mina riskləri ilə mübarizə aparan ölkələrə dəstəyini davam etdirəcək.

 

Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası mina və partlamamış hərbi sursatların təhlükəsinə diqqəti cəlb etmək məqsədilə aprelin 4-nü “Ümumdünya Mina Maarifləndirilməsi və Minalarla Mübarizə Dəstəyi Günü” elan edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı