Modern.az

Ermənistan və Azərbaycan nümayəndələri nə vaxt görüşəcək? - Rəsmi AÇIQLAMA

Ermənistan və Azərbaycan nümayəndələri nə vaxt görüşəcək? - Rəsmi AÇIQLAMA

Aktual

4 Aprel 2024, 14:50

Hazırda Ermənistan və Azərbaycan nümayəndələri arasında hər hansı səviyyədə görüş barədə razılıq yoxdur.

Modern.az xəbər verir ki, bunu aprelin 4-də Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan jurnalistlərlə söhbətində bildirib.

O qeyd edib ki, Ermənistan üç prinsip əsasında irəliləmək üçün heç bir maneə görmür.


“Biz Alma-Ata Bəyannaməsinin müvafiq xəritələri əsasında 1991-ci il sərhədlərini bərpa edərək delimitasiya aparmağa hazırıq.

Əgər bu məsələ ilə bağlı razılıq əldə olunarsa, bu, yazılı şəkildə öz əksini tapacaq və bununla bağlı müvafiq ictimaiyyətə məlumat veriləcək”, - Kostanyan vurğulayıb.
 

Nazir müavini Azərbaycanın tələb etdiyi 4 kəndin qaytarılması üçün vaxt çərçivəsinin olub-olmaması ilə bağlı sualı cavablandırarkən belə deyib. “Belə bir tarix yoxdur”.

“Hazırda delimitasiya və demarkasiya ilə bağlı heç bir əminlik yoxdur, mən bu məsələ ilə bağlı başqa şərh verə bilmərəm. Əgər hər iki tərəf arasında razılaşmalar olarsa, hər iki tərəf bunu dərc edəcək”.

Kostanyan deyib ki, Ermənistan sülh prosesində iştirakını davam etdirir, prosesdə maraqlı olmaqda davam edir.

“Azərbaycan 2023-cü ilin may və iyun aylarında Brüsseldə dövlət başçıları səviyyəsində əldə olunmuş razılaşmaları kağız üzərində qeyd etməyə razılaşarsa, o, proses başa çatdırıla bilər”, - o vurğulayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi