Modern.az

Külək zəifləyib, bəzi bölgələrə qar yağır - Faktiki hava

Külək zəifləyib, bəzi bölgələrə qar yağır - Faktiki hava

Aktual

4 Aprel 2024, 16:02

Saat 15:00-a olan məlumata əsasən Azərbaycanda müşahidə olunan güclü şimal-qərb küləyi tədricən zəifləyib.

 

Modern.az xəbər verir ki, bu barədə Milli Hidrometerologiya Xidməti məlumat yayıb.

 

Bildirilib ki, hazırda küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 21 m/s, Neftçalada 23 m/s, Şahdağda 20 m/s, Naftalanda 18 m/s, Ağdamda 16 m/s-dir. Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 3.4 metrə çatıb.

 

Bəzi bölgələrdə yağıntılı hava şəraiti müşahidə olunur. Xaltan, Şabran, Altıağac, Xaçmaz, Qubada yağış, Qusar (Laza), Qrız, Xınalıqda qar yağır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi