Modern.az

BMU tələbələri Cənubi Koreyada tədqiqat proqramında iştirak edib

BMU tələbələri Cənubi Koreyada tədqiqat proqramında iştirak edib

Aktual

4 Aprel 2024, 16:14

Bakı Mühəndislik Universiteti (BMU) ilə İNHA Universitetinin birgə icra etdiyi tam dövlət təqaüdlü ikili diplom proqramı (İDP) çərçivəsində təhsil alan 5 tələbə Koreya (Cənubi) Respublikasının sözügedən ali təhsil müəssisəsində 3 aya qədər davam edən tədqiqat proqramında iştirak edib.

 

Modern.az xəbər verir ki, tələbələr - Sübhan Abdullayev, Şahmurad Orucov, Sahibzaman Şirinov, Aynur Məmmədova və Rəvan Ağazadə İDP çərçivəsində cari tədris ili üzrə sonuncu kursu hazırda Koreyada davam etdirən 61 tələbə arasından seçilib. 

 

İNHA Universitetində gerçəkləşdirilən tədqiqat proqramını uğurla başa vuran tələbələr sertifikatla təltif ediliblər. 

 

3+1 modelinə əsaslanan İDP şərtlərinə görə 3 il BMU-da təhsil alan tələbələr növbəti kursu İNHA Universitetində davam etdirirlər. Tələbələrin yaşayış, təhsil, səfər və sığorta xərcləri "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində ödənilir.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi