Modern.az

Ərdoğan AKP-də və Nazirlər Kabinetində dəyişiklik edəcək

Ərdoğan AKP-də və Nazirlər Kabinetində dəyişiklik edəcək

Aktual

5 Aprel 2024, 11:48

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 31 mart tarixli bələdiyyə seçkilərindəki məğlubiyyətdən sonra hakim Ədalət və İnkişaf Partiyasının (AKP) kabinetində və rəhbərliyində bir sıra dəyişikliklər edə bilər.

Modern.az xəbər verir ki, bu barədə “Hürriyet” qəzeti öz mənbələrinə istinadən yazır.

Ərdoğan çərşənbə axşamı hakim partiyanın rəhbərliyi ilə görüş keçirib. Türkiyə lideri partiyanın yerlərdə yol verdiyi nöqsanlara görə bələdiyyə seçkilərində istədiyi nəticəni əldə edə bilmədiyini, nəticələrin təhlil ediləcəyini bildirib.

“Bundan başqa, partiyanın qərargahın da və Nazirlər Kabinetində dəyişikliklər də gecikmədən baş verməlidir. Bəzi köhnəlmiş nazir və müavinlərin dəyişdiriləcəyi gözlənilir. Əgər bu dəyişikliklər vaxtında edilməsə, bu dəfə gözləntilər məyusluğa çevrilə bilər” deyə hökumət dairələrinə yaxın qəzet yazır.

Martın 31-də Türkiyədə yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilib. Müxalif Cümhuriyyət Xalq Partiyası (CHP) son 20 ildə ilk dəfə hakim Ədalət və İnkişaf Partiyasını (AKP) məğlub edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU