Modern.az

“Ukrayna ordusu cəbhədəki mövqelərini sabitləşdirib” - Zelenski

“Ukrayna ordusu cəbhədəki mövqelərini sabitləşdirib” - Zelenski

Aktual

5 Aprel 2024, 13:04

“Ukrayna ordusu döyüş sursatı çatışmazlığına baxmayaraq, cəbhədəki mövqelərini sabitləşdirməyə nail olub. Bu nəticə çox yaxşıdır”.

Modern.az xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski deyib.

Zelenskinin sözlərinə görə, o, Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırskinin məruzəsini dinləyib.

Sırski Ukrayna prezidentinə cəbhədə Rusiya ordusunun indi uğur gözlədiyi bütün nöqtələr barədə ətraflı hesabat təqdim edib.

“Biz mövqelərimizi sabitləşdirə bildik. Baş komandan işğalçıların irəliləməsinə imkan verməyən hərəkətlərimiz haqqında məlumat verdi”, - deyə Zelenski bildirib.

O qeyd edib ki, Ukrayna silahlı qüvvələri sursat çatışmazlığı və təchizatın əhəmiyyətli dərəcədə ləngiməsi şəraitində belə uğurlara nail olub. Ukrayna rəhbəri belə nəticələri çox yaxşı adlandırıb. O, döyüş meydanında nəticəsini təmin edən bütün əsgər və komandirlərə ayrı-ayrılıqda təşəkkür edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU