Modern.az

Azarkeşlərin Qara Qarayevi təhqir etməsinə görə “Qarabağ” cərimələndi

Azarkeşlərin Qara Qarayevi təhqir etməsinə görə “Qarabağ” cərimələndi

Aktual

5 Aprel 2024, 17:52

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

 

Modern.az xəbər verir ki, iclasda Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

 

“Neftçi” - “Qarabağ” görüşündə “Neftçi” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Neftçi” klubu 700 manat cərimə edilib.

 

“Neftçi” - “Qarabağ” görüşü bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Neftçi” klubu 800 manat cərimə edilib.

 

“Neftçi” - “Qarabağ” görüşündə “Qarabağ” azarkeşləri kütləvi şəkildə rəqib futbolçuları təhqir etdiyinə görə “Qarabağ” klubu 1000 manat cərimə edilib.

 

Qeyd edək ki, “Qarabağ” azarkeşləri “Neftçi”nin futbolçusu Qara Qarayevi təhqir etmişdilər. 

Sizə yeni x var
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal