Modern.az

Hərbi xidmətə çağırış SMS vasitəsilə aparılacaq

Hərbi xidmətə çağırış SMS vasitəsilə aparılacaq

6 Aprel 2024, 07:46

Belarusda hərbi xidmətə çağırış SMS vasitəsi ilə aparılacaq.

 

Modern.az xəbər verir ki, bu barədə Prezident Aleksandr Lukaşenko Parlamentin qəbul etdiyi qanunu təsdiq edib.

 

“Hərbi vəzifə haqqında” Qanuna səfərbərlik zamanı hərbi komissarlığa gəlmək və ya hərbi xidmətə çağırış zərurəti barədə SMS mesajı ilə məlumat verilə biləcəyi ilə bağlı müddəa əlavə edilib.

 

Mobil operatorlar hərbi komissarların tələbi ilə hərbi xidmətə çağrılanların nömrələri barədə məlumat verməli və onların SMS-lər vasitəsilə xəbərdar edilməsini təmin etməlidirlər.

 

Hərbi xidmətdə olan şəxslər mobil nömrəsinin dəyişdirilməsi barədə bir həftə müddətində komissarlığa və ya digər orqana məlumat verməlidirlər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal