Modern.az

Faktiki hava: Yağış, qar və şimşək...

Faktiki hava: Yağış, qar və şimşək...

6 Aprel 2024, 11:03

Aprelin 5-i axşamdan 6-sı səhərədək bəzi yerlərdə arabir yağıntılı olub, şimşək çaxıb, dağlıq rayonlarda qar yağıb.

 

Bu barədə Modern.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

 

Bildirilib ki, qar örtüyünün hündürlüyü Şahdağda 17 sm, Qrızda 1 sm olub.

 

Düşən yağıntının miqdarı Qaxda 10 mm, Gədəbəydə 9 mm, Daşkəsəndə 7 mm, Göygöl, Şəkidə 5 mm, Gəncə, Şahdağda 3 mm, Şəmkir, Zaqatala, Balakən, Qəbələ, Oğuz, Göyçay, Qusar, Quba, Qrız, Xınalıq, Mingəçevir, Xaçmaz, Yevlax, İmişli, Sabirabad, Naftalanda 2 mm-dək olub. Qrız, Daşkəsən, Şəkidə duman müşahidə olunub.

 

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 23 dərəcəyədək, Naxçıvan MR-da 23-27 dərəcə, Aran rayonlarında 23 dərəcəyədək, dağlıq rayonlarda 13-17 dərəcəyədək isti olub.

Whatsapp
Bizə yazın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU