Modern.az

Azərbaycan içkiyə bu qədər təlabatlı deyil - Tahir Rzayev

Azərbaycan içkiyə bu qədər təlabatlı deyil - Tahir Rzayev

6 Aprel 2024, 11:45

Qida təhlükəsizliyi sahəsinin daha da təkmilləşdirilməsini istəyiriksə, ilkin mərhələdə arağın illik istehsal həcminin 20 min yox, 60 min dekalitə olmasını təklif edirik”.


Modern.az xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında Qida Təhlükəsizliyi Agentliyinin Hüquq, kadr və icraya nəzarət şöbəsinin müdiri Elşad Cəbrayılov bildirib. 


Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev isə AQTA nümayəndəsinin təklifinə cavab olaraq bildirib ki, alkoqollu içkilərin illik istehsalı üçün təklif edilən 60 min dekalitə həcmi çoxdur.

 

“Bu təklifin bir əsaslandırılması olmalıdır. Qeyd edim ki, qanun layihəsi mütəxəssislər tərəfindən  hazırlanıb. Bəzi ölkələr var ki onların içkiyə olan təlabatı çoxdur. Amma Azərbaycan içkiyə bu qədər təlabatlı deyil. Bizdə keçən il 6396  ton  tütün istehsal olunub.  Biz istehsalı artırmaq  və onu xaricə bazara çıxarmaq istəyirik. Alkoqol və tütün insan səhhəti üçün ziyanlıdır. Biz yalnız alkoqollu içkilər üçün  60 min dekalitə həcmini xarici bazara çıxartmaqdan ötrü artıra bilərik”- deyə o bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi