Modern.az

Bu taksilərə taksometr quraşdırmağa ehtiyac yoxdur - RƏSMİ

Bu taksilərə taksometr quraşdırmağa ehtiyac yoxdur - RƏSMİ

6 Aprel 2024, 13:12

Azərbaycanda taksi sifarişi operatorları ilə işləyən taksi minik avtomobillərinə taksometrin quraşdırılmasına ehtiyac yoxdur.

 

Modern.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) açıqlamasında bildirilir.

 

"Taksi sifarişi operatorlarının proqram təminatı taksometr funksiyasını yerinə yetirir. Gediş haqqı proqram təminatı ilə hesablanır", - deyə açıqlamada qeyd olunub.

Whatsapp
Bizə yazın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU