Modern.az

Abşeronda Şəfəq qəsəbəsi yaradıldı - Prezident qanunu təsdiqlədi

Abşeronda Şəfəq qəsəbəsi yaradıldı - Prezident qanunu təsdiqlədi

Aktual

6 Aprel 2024, 16:17

Prezident İlham Əliyev Abşeron rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında Qanunu imzalayıb.

 

Modern.az xəbər verir ki, qanuna əsasən, Abşeron rayonunun inzibati ərazi bölgüsündə aşağıdakı dəyişikliklər edilib:

 

- Rayonun ərazisində yeni salınmış yaşayış məntəqəsi Şəfəq adlandırılır.

 

- Şəfəq yaşayış məntəqəsinə qəsəbə statusu verilsin və həmin qəsəbə Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilir.

 

- Şəfəq qəsəbəsi mərkəz olmaqla Şəfəq qəsəbə inzibati ərazi dairəsi yaradılır və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal