Modern.az

Sabah qazın ödənişində müvəqqəti fasilə olacaq 

Sabah qazın ödənişində müvəqqəti fasilə olacaq 

6 Aprel 2024, 20:39

Aprelin 7-də saat 01:00-dan 12:00-dək qaz abonentləri üçün İTRON smart kart ödənişi istisna olmaqla ödəniş sistemi əlçatmaz olacaq.

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

 

Qeyd olunub ki, buna səbəb "Azəriqaz"ın informasiya sisteminin proqram təminatında yenilənmə işlərinin keçirilməsi olacaq.

 

"Azəriqaz" İB bu müddət ərzində abonentlərdən ödəniş etməmələrini (Zenner smart kartlara məbləğin yüklənməsi və borcun ödənilməsi) xahiş edir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU