Modern.az

Keçmiş məhkumdan 3 kq narkotik götürüldü

Keçmiş məhkumdan 3 kq narkotik götürüldü

8 Aprel 2024, 11:07

Xızıda külli miqdarda narkotik vasitə aşkarlanıb.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Modern.az-a verilən məlumata görə Xızı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon sakini, əvvəllər məhkum olunmuş Səfər Səfərov saxlanılıb.

 

Həmin şəxsdən 3 kiloqrama yaxın narkotik vasitə olan marixuana aşkarlanıb.

 

Faktla bağlı Xızı RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə S.Səfərovun barəsində həbs qətimkan tədbiri seçilib.

Whatsapp
Bizə yazın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU