Modern.az

Palatanın imicinin dəyərləndirilməsi istiqamətində işlər aparılmalıdır

Palatanın imicinin dəyərləndirilməsi istiqamətində işlər aparılmalıdır

Aktual

8 Aprel 2024, 12:17

“Cəmiyyətdə Hesablama Palatasının gördüyü işlər və imicinin dəyərləndirilməsi istiqamətində işlər aparılmalıdır”. 


Modern.az xəbər verir ki, bunu deputat Əli Məsimli Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında  deyib.


“Dünyada əsasən iki qurumdan çəkinirlər. Bunlar Dövlət Vergi Xidməti (DVX) və Hesablama Palatasıdır(HP). Bizim cəmiyyətdə DVX-dən çəkinirlər, amma HP ilə bağlı vəziyyət bir az fərqlidir. Bundan əlavə, indiyə qədər biz işğaldan olunmuş ərazilərə 12 milyard manatdan çox vəsait yatırmışıq.  Bu il isə büdcədən 4 milyard manatdan çox vəsait xərclənəcək. Bir müddətdən sonra bu aktual olacaq ki, həmin vəsaitdən istifadə səmərəliliyi nə dərəcədə olacaq? Hesablama Palatası öz fəaliyyətində prioritet istiqamət kimi bu vəsaitlərdən səmərəli istifadənin artırılması istiqamətində gücləndirməsi yaxşı olar”, - deyə o bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi