Modern.az

“Ermənistanın daxilində sülhə mane olanlar var” - Erməni deputat

“Ermənistanın daxilində sülhə mane olanlar var” - Erməni deputat

Aktual

8 Aprel 2024, 13:24

Ermənistan parlamentinin Müdafiə və təhlükəsizlik məsələləri daimi komissiyasının sədri Andranik Köçəryan bildirib ki, sərhəddə atəşkəsin qorunması üçün hər şey edilməlidir.

Modern.az xəbər verir ki, hakim “Mülki müqavilə” fraksiyasının üzvünün fikrincə, indi atəşkəsin pozulması mənasız və məqsədsizdir.

Andranik Köçəryan Ermənistan-Azərbaycan şərti dövlət sərhədində eskalasiya təhlükəsini görmədiyini də qeyd edib: "Bunu gördükdən sonra tam mühafizəyə keçəcəyik".

Andranik Köçəryan Ermənistanın daxilində də Azərbaycanla sülh prosesinə maneələrin olduğunu etiraf edib.

Whatsapp
Bizə yazın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU