Modern.az

COP29-un uğurla keçirilməsi üçün Azərbaycanla birgə iş aparılır

COP29-un uğurla keçirilməsi üçün Azərbaycanla birgə iş aparılır

Aktual

8 Aprel 2024, 13:10

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası (UNFCCC) çərçivəsində COP29-un uğurla keçirilməsi üçün Azərbaycanla birgə iş aparılır.

 

Modern.az xəbər verir ki, bu barədə BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva "2021-2025-ci illər üçün BMT-Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi"nin icrası üzrə Hökumət-BMT Birgə İstiqamətləndirici Komitənin iclasında deyib.

 

"BMT ekosistemində iqlim konfranslarını mühafizə edən UNFCCC COP29-un yüksək səviyyədə keçirilməsi üçün bu tədbir çərçivəsində artıq Azərbaycanla əl-ələ verib işləyir. Biz, həmçinin, bu il əməkdaşlıq çərçivələrini də qiymətləndirməyə başlamışıq, çünki COP29-un keçirilməsi və gördüyümüz bütün işlər kifayət deyil, bu səbəbdən əlavə fəaliyyət artırmaq qərarına gəldik", - o deyib.

 

Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar COP28-in ötən il dekabrın 11-də Dubayda keçirilmiş plenar iclasında qəbul olunub. İki həftə ərzində Bakı dünyanın mərkəzinə çevriləcək və 70-80 minə yaxın xarici qonağı qəbul edəcək.

 

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədilə 1992-ci ilin iyununda Rio-de-Janeyro şəhərində keçirilmiş Yer Sammitində imzalanmış sazişdir. COP (Conference of Parties) abreviaturunun ingilis dilindən tərcüməsi Tərəflər Konfransı deməkdir.

 

Konvensiyanın tərəfləri 198 ölkədir. Əgər tərəflərin fərqli qərarı olmazsa, COP hər il keçirilir. COP-un ilk tədbiri 1995-ci ilin martında Berlində baş tutub, katibliyi Bonn şəhərində yerləşir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU