Modern.az

Xankəndi məhkəməsinə sədr təyin olundu

Xankəndi məhkəməsinə sədr təyin olundu

Aktual

8 Aprel 2024, 14:10

Bu gün Prezident İlham Əliyevin sərəncamı ilə İlkin Qismət oğlu Abdullayev Xankəndi Şəhər Məhkəməsinə hakim və sədr təyin edilib.

 

Modern.az xəbər verir ki, İ. Abdullayev 1985-ci ildə Kürdəmir rayonunda dünyaya gəlib.

 

Qeyd edək ki, o, Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsini bitirib.

 

Təyinata qədər Sabirabad rayon prokurorunun böyük köməkçisi, 2018-2021-ci illərdə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi, 2021-ci ildən isə Şirvan Apellyasiya Məhkəməsinin hakimi vəzifəsində çalışıb.

Whatsapp
Bizə yazın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU