Modern.az

Qusardan Qubaya gələrək evlərdən oğurluq etdi - FOTO

Qusardan Qubaya gələrək evlərdən oğurluq etdi - FOTO

9 Aprel 2024, 10:50

Qubada evdən oğurluq edilib.

 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan Modern.az-a verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinə daxil olan məlumat əsasında keçirilən tədbirlərlə rayonun Alekseyevka kəndindəki evlərin birindən oğurluq etməkdə şübhəli bilinən, Qusar rayon sakini Tahir Azayev saxlanılıb.

 

Həmin şəxs talama məqsədilə tanımadığı şəxsə məxsus evə gizlin daxil olub və oradan qızıl-zinət əşyaları oğurlayıb.

 

Faktla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə T.Azayevin barəsində həbs qətimkan tədbiri seçilib.

Whatsapp
Bizə yazın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU