Modern.az

Heyvana qarşı zorakılıq faktı araşdırılır - VİDEO

Heyvana qarşı zorakılıq faktı araşdırılır - VİDEO

9 Aprel 2024, 14:40

İtin maşının arxasına bağlanaraq sürüməyə cəhd olunması barədə sosial şəbəkədə yayılan görüntülər araşdırılır.

 

DİN-in mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru Mahir Məsimov Modern.az-ya bildirib ki, paylaşılan videogörüntü ilə bağlı araşdırma aparılır. Görüntülər Şamaxı rayonunda qeydə alınıb. Avtomobilin sürücüsünün şəxsiyyəti müəyyən edilib.

 

Araşdırmanın nəticəsindən asılı olaraq qanunamüvafiq tədbir görüləcək.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal